Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, "MTV maqazin" verilişinə müsahibə verən sənətçi kişilərin xəyanət etməsi məsələsinə özünəməxsus şəkildə münasibət bildirib.
Əməkdar artist atalar misalını çəkərək, sözləri ilə "qaşınmayan yerdən qan çıxarıb".
"Qadınlarda məsuliyyət böyükdür. Atalar sözü var. "O qadın fəxr etməlidir ki, onun xoruzu gedib başqa damın üstündə banlayır". Amma o xoruz da elə xoruz olsun ki, o xoruzun sonra vurub qolunu, qıçını sındırıb, damın üstündən yerə atmasınlar".
Rəşad Əliyev, Bizim.Media