Azərbaycanlı müğənni:

Azərbaycanlı müğənni: "Evlənsəm ailəmə kim baxacaq?" - VİDEO  

Hazırda oxunan: Azərbaycanlı müğənni: "Evlənsəm ailəmə kim baxacaq?" - VİDEO  

73211

"Anam dünyasını dəyişib, atam isə sağdır. O, işləmir. Ailəmə mən baxıram. Ailədə beş uşağıq. Evin kiçiyi mənəm. Mən və bacım subayıq. Atamla bir yerdə üçümüz yaşayırıq".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Ailəsində heç kimin işləmədiyini açıqlayan Zeynəb onlara təkcə özünün baxdığını etiraf edib:

"Bacılarımın heç biri işləmir. Onlara icazə vermirəm ki, işləsinlər. Bir bacım ailəli olub, amma ayrılıb. Onun 25 yaşında böyük qızı var".

Zeynəbin etirafından sonra verilişin aparıcısı Zaur Kamalın "Niyə evlənmirsən?" sualına Z.Həsəni "Mən evlənsəm, bəs ailəmə kim baxacaq?" cavab verərək, fikirlərini belə davam edib. "Heç bir ər baxmaz. 5-10 gün baxar".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO