Təranə Səmədovanın sözlərinə əsəbiləşən Əməkdar artist studiyanı tərk etdi - VİDEO

Təranə Səmədovanın sözlərinə əsəbiləşən Əməkdar artist studiyanı tərk etdi - VİDEO

Hazırda oxunan: Təranə Səmədovanın sözlərinə əsəbiləşən Əməkdar artist studiyanı tərk etdi - VİDEO

73165

Ötən gün "Təsir dairəsi" ictimai-sosial verilişdə gərgin anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, canlı yayımda iştirak edən və haqlarını qorumağa çalışan prodüser Təranə Səmədova ilə ekspert qismində əyləşən Əməkdar artist Vahid Əliyev arasında qalmaqal yaşanıb.

Aktyorun "Milyonların qarşısında ixtiyarın yoxdur ki, Əməkdar artist Elza Seyidcanahı təhqir edəsən" sözlərinə prodüsser od püskürüb.  

Təranə cavab olaraq aktyora "Mən sizin oğlunuz Raminlə birgə böyümüşəm. Mənim üstümə səs tonunuzu qaldıra bilməzsiniz" deyib.  

Verilişdə ikili arasında mübahisə pik həddə çatıb. Əsəblərini cilovlaya bilməyən Vahid Əliyev studiyanı tərk edib. Lakin bir neçə dəqiqədən sonra proqramın aparıcısı Lalə Azərtaşın xahişi ilə aktyor yenidən studiyaya geri dönüb.

Qeyd edək ki, ötən gün sözügedən verilişdə prodüsser Təranə Səmədovanın hamilə olduğu üzə çıxıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO