Əməkdar artistdən ETİRAF: “O müğənni məni sındırdı” - VİDEO 

Əməkdar artistdən ETİRAF: “O müğənni məni sındırdı” - VİDEO 

Hazırda oxunan: Əməkdar artistdən ETİRAF: “O müğənni məni sındırdı” - VİDEO 

73040

"18-19 yaşlarım vardı, sənətə ilk addımlarımı atırdım. Rubaba Muradova isə mənim müəllimim idi. Bir müğənni vardı... O indi yaşlanıb, efirdə də yoxdur. Heç görsənmir də. O zamanlar ən sanballı toylar da Kubinkada olurdu. Həmin qadın müğənni orada məclis aparırdı. Girdim içəri Rubaba xanım həmin müğənniyə söylədi ki, icaze ver Sevda da oxusun. Mənə söylədi ki, "Nə oxuyacaqsan?" cavab olaraq söylədim ki, ""Qəşəngdir mahnısını ifa edəcəyəm". Dedi ki, "Mikrofonun var?", söylədim ki, "xeyr". O, da dedi ki, "Mikrofonun yoxdur, niyə toya gəlmisən?".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.  

Sənətçi illər əvvəl toyların birində başına gələn hadisəni danışaraq, bir həmkarı tərəfindən pərt olunduğunu dilə gətirib:

"O müğənni mənə mikrofon vermədi ki, toyda oxuyum. O, bunu qəsdən etdi ki, məclisdə oxumayım. Amma bir təhər utana-utana mahnımı ifa etdim. O məni toyda sındırdı, həvəsdən saldı. Gənc idim, ona görə heç bir şey edə bilmədim. İllər keçdi, mən də çox tanındım. O müğənni ilə üz-üzə gələndə, mənə söylədi ki, toyun olanda mənə də ötür. Dedim ki, İnşallah". 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO