İradədən neqativ şərh yazanlara CAVAB – “Qara qəlbinizi mən müalicə edə bilmərəm”

İradədən neqativ şərh yazanlara CAVAB – “Qara qəlbinizi mən müalicə edə bilmərəm”

Hazırda oxunan: İradədən neqativ şərh yazanlara CAVAB – “Qara qəlbinizi mən müalicə edə bilmərəm”

73002

"İnsanların hüzurlu hallarını görüncə içim sonsuz sevinclə dolur. Müzakirə, üsyan etmirəm, nə yediyinə-içdiyinə, saçına-başına, geyindiyinə baxıb, neqativ duyğu məktubu yazmıram. Məni qoyaq bir kənara. İnsanların seçimlərini bu cür həddini bilmədən yönləndirməyə çalışmaq, tənqid etmək nə qədər ayıb bir şeydir.

Əvvəlcə silməyəcəkdim yazdıqlarını. Sonra o mənfi, qüsur axtarmaq üçün baxanları səhifəmdə görmək istəmədim. Onların həyata baxışlarını mən dəyişdirə, müalicə edə bilmərəm deyib, sildim. Başqalarına sataşınca xoşbəxt olan nifrətinizi, kininizi, qara qəlbinizi mən müalicə edə bilmərəm. Ən gözəli bu insanlardan uzaqlaşmaq, əsəbiləşməmək, üzülməmək. Sizə pis söz söyləyib, pislik etməyə dəvət edənlərin sırasına daxil olmayın. Boş verin". 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

Sənətçi bəzi izləyicilərin onun ünvanına yazdıqları neqativ və xoşagəlməz şərhlərinə üsyan edib.  

İradə onların cavabını yazdığı sətrlərlə belə verib:

"Gözəl baxan, mütləq gözəl görər. Əslində hər bir insan bir aləm, bi sözdür. İnsanın ürəyi sözünü, özünü əks etdirir. Həyat çox gözəldir. Həyatı, yaşamı çətinləşdirən biz insanlarıq. Əslində həyat öz axarında axıb gedir biz insanlarsa mızırax qoyuruq. Bu həyat yolunda tikanlı kollara dəyməmək üçün mütləq ətəklərinizi qaldırın və keçin. Heç kimə də hesab vermək məcburiyyətində deyilsiz. Ürəyinizdən, içinizdən keçdiyi kimi yaşayın. Yetər ki, sataşmadan, qəlb qaraltmadan yaşayın".  

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib. 

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO