Xanəndədən həmkarlarına irad:

Xanəndədən həmkarlarına irad: "Həyat yoldaşını efirdə göstərənlərə pis baxıram" - VİDEO  

Hazırda oxunan: Xanəndədən həmkarlarına irad: "Həyat yoldaşını efirdə göstərənlərə pis baxıram" - VİDEO  

72666

“Heç bilmirəm, mənim vikipediyamı kim yaradıb. Hər kəs bilir ki, 3 oğul övladım var, amma ordakı məlumatda yalnışlıqla 5 övlad yazılıb. Hər dəfə sildirirəm, sonra yenə 5 görürəm. Ümid edirəm ki, indiki çağırışımı da dəyərli dostlar görüb o səhvi aradan qaldıracaq. İstərdim ki, qız övladım da olsun. Qardaşlarımın 2 qızı var, onları görürəm, ürəyimdən keçir. Hərdən düşünürəm ki, elə 3 övladla da vəssalam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Babək Niftəliyev qonaq olduğu “Üzə-düz” portret verilişində deyib. 

Sənətçi həmkarlarının şəxsi həyatlarını efirə çıxartmalarına qarşı çıxıb. 

“Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi öz şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O özəl olaraq evdə qalmalıdır! İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən buna çox pis baxıram. Olmaz!”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO