Vasif Şəbnəmə dediyi ağır sözlərə görə PEŞMAN OLDU:

Vasif Şəbnəmə dediyi ağır sözlərə görə PEŞMAN OLDU: "Onun qəlbinə dəydim" 

Hazırda oxunan: Vasif Şəbnəmə dediyi ağır sözlərə görə PEŞMAN OLDU: "Onun qəlbinə dəydim" 

72637

“Ən sevmədiyim heyvanların başında ilan dayanır. Şou-biznesdə də ilanların sayı çoxdur”  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Sözbaz” maqazin verilişində deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəbnəmdən Vasifə tərs şillə: "Övladımla bağlı bir söz deyənin dilini qopardaram” - VİDEO


Sənətçi üzünü həmkarlarına tutub onlara “Bir-birinizin arxasınca danışmayın” notası verib.  

“Hər şeyi yazıq müğənnilərin üstünə atmaq olmaz. Bir müğənninin digər müğənni haqda neqativ danışmasına qarşıyam. Bu şeyləri sevmirəm. Çünki ən pisi belə həmkarımdır. Onun haqqında necə pis danışım?”  

Müğənni Şəbnəm Qəhrəmanovanın “Vasif xəsisdir” sözlərindən əsəbiləşib, od püskürən Vasif qarşı tərəfin ünvanına işlətdiyi sözlərə görə peşmançılıq çəkdiyini bildirib:  
“Onun qəlbinə dəydim. Onlar olmamalı idi. Qəlb sındırmaq çox asandır, bir saniyədir. Amma onu qazanmaq çox çətindir”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO