İradə İbrahimova qayınanası ilə şəklini paylaşdı - FOTO 

İradə İbrahimova qayınanası ilə şəklini paylaşdı - FOTO 

Hazırda oxunan: İradə İbrahimova qayınanası ilə şəklini paylaşdı - FOTO 

72553

"Hər kəsin ürəyindən keçirdiklərinin gerçək olacağı bir bayram olmağı diləyi ilə..." 

Bizim.Media xəbər verir ki, bu sözləri 2009-cu ildə ailə qurduqdan sonra Türkiyəyə köçüb orada fəaliyyətini davam etdirən məşhur müğənni İradə İbrahimova sosial media hesabında yazıb. 

Ramazan bayramını ailəsi ilə birgə keçirən sənətçi çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.  

Şəkillərdə İradənin özü, həyat yoldaşı, iş adamı Ceyhun İzer, uşaqları Əli ilə İpək və qaynanası Zəfər xanım da yer alıb. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib. 
Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO