"Met Gala 2022"də ulduzların “qızılı” keçidindən göz oxşayan FOTOLAR 

Hazırda oxunan: "Met Gala 2022"də ulduzların “qızılı” keçidindən göz oxşayan FOTOLAR 

72536

Ötən gecə Nyu-Yorkda Metropoliten muzeyində "Met Gala 2022" baş tutub. Ənənəvi "Kostyum İnstitutu" balında ulduzlar tamaşaçıları təəccübləndirmək üçün geyimləri diqqətlə seçiblər. 

Bizim.Media xəbər verir ki, geyimlərin builki mövzusu "Qızıllaşdırılmış cazibə" olub.

Bu ifadə yalnız parlaq paltarlara deyil, həm də 19-cu əsrin sonlarının modasına aid edilib.

Məsələn, Bleyk Lavli qırmızı xalçada birincilərdən biri kimi bərq vurub. Möhtəşəm gecənin aparıcılığı ulduza və əri Rayan Reynoldsa həvalə edilib. Aktrisa uzun, dərin sinə dekolteli, böyük bant olan libas seçib.  

Bleykin ardınca qırmızı xalçaya Kaya Qerber çıxıb. Gənc model gecəyə 70-ci illərin üslubunda parıldayan libasda qatılıb. Kaya dəbdəbəli obrazını iri saç sancaqları ilə bəzədilmiş həcmli saç düzümü ilə tamamlayıb. 

Libaslarda "Qızıl" mövzusunu Ember Valletta, Kamilla Mendez, Kardi Bi və başqa ulduzlar da öz geyimlərində istifadə ediblər. 
Bununla belə, bir çox məşhurlar "parlaq qızılı" mövzusuna məhəl qoymayıb, azad seçimləri ilə görənləri təəccübləndiriblər. 

Məsələn, "Kalmar oyunu" teleserialının ulduzu Çon-Xo-En qırmızı xalçaya sinə hissəsi fiqurlu yarıqlı tünd göy rəngli ultra qısa əlbisədə qatılıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO