Vəfa Şərifova:

Vəfa Şərifova: "Atam mənim üçün ÖLÜB" - VİDEO 

Hazırda oxunan: Vəfa Şərifova: "Atam mənim üçün ÖLÜB" - VİDEO 

72288

"Atam da, anam da rəhmətə gedib".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Proqramın aparıcısı Zaur Kamalın "Ananın vəfat etməsini bilirdik, atanın isə xeyr. Dəqiq atan rəhmətə getdi?" sualına Vəfa "Atamı görməmişəm. Mənə deyiblər ki, rəhmətə gedib. Mən də elə bilirəm" cavabını verib.

"Anam rəhmətə gedəndən sonra məni nənəm böyüdüb. Amma bacımla qardaşıma atam baxıb. Ögey anam qardaşımla bacıma yaxşı baxmadığı üçün nənəm onları götürüb saxlayıb. Ondan sonra da atamla əlaqələrimiz kəsilib. Ağlım kəsəndən deyiblər ki, sənin atan rəhmətə gedib. Mən də demişəm ki, Allah rəhmət eləsin. Biz Ağsu rayonundanıq. Atam da Ağsudandır. Mən insanları bağışlaya bilmirəm. Mənim hər şeyim bacım, qardaşım, övladım və həyat yoldaşımdır".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO