Nailə İslamzadə bəzi televiziya aparıcılarını yıxıb-sürüdü - VİDEO

Nailə İslamzadə bəzi televiziya aparıcılarını yıxıb-sürüdü - VİDEO

Hazırda oxunan: Nailə İslamzadə bəzi televiziya aparıcılarını yıxıb-sürüdü - VİDEO

72281

"Televiziya və radio etalondur. Çoxları bununla razılaşmır, amma bu həqiqətdir. Efirə çıxan aparıcı gəncliyə yaxşı və ya pis nümunə olur. Geyinib-keçinib, özlərinə fikir verirlər, amma düşüncə tərzi, təfəkkür aşağı səviyyədədir. Bu da mədəniyyətdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə qonaq olduğu "Redaktor" verilişində deyib.

Məşhur diktor televiziya aparıcılarının aparıcılıq qabiliyyətlərini "başlarına qaxınc" edib.

"Nəyə görə özümüzü bəziyəndə, buna diqqət yetiririk, amma dildəki qüsurları düzəltmək üçün səy göstərmirik. Subyektiv fikirlər çox zaman verilişi də, televiziyanı da tamaşaçı qarşısında səviyyəsini aşağı salır".

Efirdə hərfləri düzgün tələffüz etməyənləri ifşa edən N. İslamzadə onları ana dilini korlamaqda ittiham edib.

"Azərbaycan dilində "tsı" ilə "dzı" hərfi yoxdur. Məsələn, gedirəm mağazadan nəsə alıram, malın qiymətini soruşuram, deyir ki "üts" manat. Məcburan satıcıya doğru tələffüz etməyi öyrədirəm. Çox təəssüf ki, bu kimi hallar efirə də yol alır. Dil mədəniyyəti çox vacıb bir məsələdir. Aparıcıları, efirə çıxan insanları diqqətlə seçmək lazımdır. Ana dilimiz bizim milli və mənəvi sərvətimizdir. Bu sərvəti qorumaq, gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO