Ağadadaş Ağayev ölümündən danışdı:

Ağadadaş Ağayev ölümündən danışdı: "Bir gün əvvəl xəbər edəcəm ki..." - VİDEO

Hazırda oxunan: Ağadadaş Ağayev ölümündən danışdı: "Bir gün əvvəl xəbər edəcəm ki..." - VİDEO

72234

"Haqqımda şayiələr gəzib dolaşır. Tamaşaçılar inanmasınlar. Əgər mənim ölmək fikrim olsa, söz verirəm ki, bir gün əvvəl xəbər edəcəyəm".

Bizim.Media xəbər verir ki, bu sözləri xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu "Günün sedası" səhər şousunda deyib.

"Azərbaycan analoqu olmayan bir ölkədir və burada hər cürə insanlar yaşayır. Düşmənlər də aramızda var. Onlar da bu məsələlərə zaman ayırırlar. Mən inanmıram ki, onlar sənətkarın ünvanına belə bir şayiəni buraxsın və bu şayiəni dinləyəndə keyf alsın.

Qeyd edək ki, Ağadadaş Ağayev uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO