Nazənin Əməkdar artisti İFŞA ETDİ: “Elə söz deyərəm ki, yeddi qatından keçər” - VİDEO

Nazənin Əməkdar artisti İFŞA ETDİ: “Elə söz deyərəm ki, yeddi qatından keçər” - VİDEO

Hazırda oxunan: Nazənin Əməkdar artisti İFŞA ETDİ: “Elə söz deyərəm ki, yeddi qatından keçər” - VİDEO

72208

“Mənə qarşı çox böyük təxribat hazırlamışdılar. Bu təxribatın başında Əməkdar artist, hər yerdə özünü tərifləyən bir müğənni və onunda ətrafında fırlanan “müğənniciklər”, yəni “ələkçinin qıl verənləri” dururdu. Arxamca danışıb, qruplaşma yaratmışdılar. 2-3 il təxribatla məşğul oldular. Amma heç bir şey edə bilmədilər. Çünki haqq deyilən bir şey var. Allahın yıxa bilmədiyini, bəndə nə kəradir ki, yıxsın. Onlar gəlsə də belə, Nazəninin saçının bir telinə dəyə bilməzlər. Hamı məni çox gözəl tanıyır. Onların da hansı yuvanın quşu olduğunu bilir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Sənətçi onu yıxmağa çalışan sənət nümayəndələrini efir vasitəsi ilə ifşa edib, onları yıxıb-sürüyüb.  

“Əgər mən susuramsa, bu o demək deyil ki, mənim dilim yoxdur. Elə söz deyərəm ki, yeddi qatlarından keçər. Danışıb, insanların gözündə cılızlaşmaq istəmirəm. Mən onları görmürəm, görmək də istəmirəm”.  

Nazənin bəzi həmkarlarının sosial şəbəkədə paylaşdıqlarını “başlarına qaxınc” edib.

“Nə yeyirlərsə çəkib qoyurlar. Yatıb-dururlar o da efirdədir, dalaşırlar o da efirdədir. Milli mentalitetimiz də artıq pozulub. Artıq heç bir mədəniyyət qalmayıb. Müsəlmançılıq deyə bir şey yoxdur. Əvvələr efirləri açıb maaariflənirdik. İndi isə televizoru açmaq istəmirik”.   

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO