Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan “Xoş-Beş” günorta şousunun aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb. Onu “Həkimsən” verilişinin aparıcısı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov əvəz edib.
Bizim.Media-nın əməkdaşı ATV-nın mətbuat katibi Ozal İbrahimovla əlaqə saxlayıb. O, məsələni bu cür şərh edib:
“Bu proqram prodakşn istehsalı layihədir. Aparıcının işlərinin çoxluğunu nəzərə alaraq, prodakşın qarşılıqlı olaraq Vüsalə Kərimova ilə yollarını ayırıb. Kanal tərəfindən heç bir qadağadan söhbət gedə bilməz”.
Qeyd edək ki, V.Kərimova Bizim Media-ya açıqlamasında verilişlə bağlı qoyulan qadağalar səbəbi ilə oradan ayrıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:46 / 28.04.2022
Vüsalə ATV-dən niyə çıxıb? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Vüsalə ATV-dən niyə çıxıb? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Vüsalə ATV-dən niyə çıxıb? - RƏSMİ AÇIQLAMA
71890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.