Nigar Şabanova qızı Nəfəsin ad gününü belə qeyd etdi - VİDEO 

Nigar Şabanova qızı Nəfəsin ad gününü belə qeyd etdi - VİDEO 

Hazırda oxunan: Nigar Şabanova qızı Nəfəsin ad gününü belə qeyd etdi - VİDEO 

71810

Əməkdar artisti Nigar Şabanova qızı Nəfəs ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi evində qızının bir yaşı olması münasibəti ilə kiçik doğum günü məclisi qurub.  

Nəfəsi bağrına basıb, öpüşlərə qərq edən Şabanova pandemiya səbəbi ilə ad günü keçirə bilmədiyini yazıb.   

Qeyd edək ki, Nigar Şabanova Nəfəsi övladlığa götürüb. O, müsahibələrinin birində qızı ilə bağlı bunları söyləyib:  

“Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm.   
Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam”.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO