Anası alzheimer xəstəsi olan Həmidə Ömərova: “Hamı zəng edib təbrik edirdi, mən küçələrdə onu gəzirdim” - VİDEO

Anası alzheimer xəstəsi olan Həmidə Ömərova: “Hamı zəng edib təbrik edirdi, mən küçələrdə onu gəzirdim” - VİDEO

Hazırda oxunan: Anası alzheimer xəstəsi olan Həmidə Ömərova: “Hamı zəng edib təbrik edirdi, mən küçələrdə onu gəzirdim” - VİDEO

71507

“6 il əvvəl anam itmişdi. Biz Buzovnada bağda idik. Anam çıxıb və yolu tapmayıb. 3 gün anamı axtarırdım, amma tapa bilmirdim. O, “alzheimer” yaddaş xəstəliyindən əziyyət çəkirdi. Onun ən böyük arzusu mənim fəxri ad almağım idi.

Taleyin ironiyası. Anam itdi və səhəri gün mənə “Xalq artisti” fəxri adı verdilər. Hamı mənə zəng edib təbrik etdiyi bir zamanda, mən isə anamı küçə-küçə gəzib axtarırdım. 3 gün sonra anamı tapdım və ondan sonra namaz qılmağa başladım”.  
Bizim.Media xəbər verir ki, bu sözləri doğum gününü “Həmin Zaur” axşam şousunda qeyd edən Xalq artisti Həmidə Ömərova deyib.  

Fəxri ad aldığı zamanda xəstə anasının axtarışına çıxan sənətkar onunla olan xatirələrini bölüşüb.

“Anamın şəklini böyüdüb, yoldan keçən insanlara göstərirdik. Bizə söylədilər ki, “Səməd Vurğun” bağına adətən belə insanlar gəlir. Yayın qızmar istisində laborantım Zülfiyyə Eldar qızı ilə anamı axtarırdıq. Əsəb xəstəlikləri klinikasına daxil olduq. Bu an isə Xalq artisti Rasim Balayev mənə zəng vurub, söylədi ki “Sənə fəxri ad verəcəklər, gələcəksən?”, cavab olaraq dedim ki, “Yox, anamı axtarıram”.  

Birdən Zülfiyyə qışqırıb dedi ki, “Nəsibə xala burdadır, qara gilə mahnısını ifa edir”. O mahnı ilə anamı əsəb xəstəlikləri klinikasında palatada tapdıq. Anamın yaddaşı yox idi. Biz onunla dənizə gedəndə üstümdə olan qızılları ona verirdim.
“Alzheimer” yaddaş xəstəliyi olan insanlar qiymətli və dəyərli əşyalarını yanlarında aparırlar. Amma hər şey itmişdi.  

Klinikada olan növbətçi həkim söylədi ki, “Həmidə xanım ananızda yalnız bu üzük qalıb”. Həkim üzüyü mənə verdi. O vaxtdan həmin üzüyü barmağıma taxdım və çıxartmıram. Allah anamı mənə 6 il bağışladı. O 6 il ərzində anam mənə “ana” deyə müraciət etdi. Mən isə ona qızım”.  

Qeyd edək ki, H.Ömərovanın Rəhim adından subay bir oğlu var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO