Xumar Qədimovanın ÖZƏL GÜNÜ - Yeni mahnısı ilə bağlı Bizim.Media-ya açıqlama verdi - VİDEO

Xumar Qədimovanın ÖZƏL GÜNÜ - Yeni mahnısı ilə bağlı Bizim.Media-ya açıqlama verdi - VİDEO

Hazırda oxunan: Xumar Qədimovanın ÖZƏL GÜNÜ - Yeni mahnısı ilə bağlı Bizim.Media-ya açıqlama verdi - VİDEO

71435

Səhnəmizin nazlı-duzlu xanımı, qeyri-adi və bənzərsiz səsi ilə milyonların qəlbini fəth edən Xumar Qədimova bu gün doğum gününü qeyd edir. Əməkdar artist özəl gününə öz bəstəsi olan özəl bir nəğmə ilə gəlib.

Xumar Qədimova bu barədə özəl olaraq Bizim.Media-ya danışıb.

Yeni mahnısı ilə bağlı Xumar xanım deyir ki, bu təklif bacım Matandan gəlib:

"Oturmuşduq, Matan Hidayət Orucovun şeirlər kitabını vərəqləyirdi. Birdən Matan mənə dedi ki, Xumar, bax, nə gözəl şeirdir, mənə oxudu. Bilirsiniz ki,biz gözəl sözə, şeirə vurğunuq, şeir çox xoşuma gəldi. Dedim, bu sözlərdən gözəl bir nəğmə alınar".
İlk baxışdan bəyəndiyi şeirin sözləri Xumarı o qədər tutur ki, həmin şeirin sözlərinə şirin bir mahnı bəstələyir. Artıq Xumar Qədimovanın "Satar, satar" adlanan yeni nəğməsi hazırdır.

Doğum gününə bu nəğməni özü özünə hədiyyə edib. Əməkdar artistin Hidayət Orucovun sözlərinə bəstələdiyi "Satar, satar" mahnısı bu gün saat 12.00.da "Youtube"kanalında yayımlanacaq. Xumar Qədimova həmin şeirdən bu bəndi də Bizim.Media üçün səsləndirib:

Görüş axşamları hanı?

İtirdik çox itməz anı...

Tale bəzən nər aslanı

Bir tülküyə satar, satar...

Xumar xanımı doğum günü və bu gözəl mahnı münasibətilə təbrik edirik.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO