Aparıcı Turaldan parkinq cərimələrinə ETİRAZ: “Mais Ağayev susur, Haaqa tribunalına deyək?

Aparıcı Turaldan parkinq cərimələrinə ETİRAZ: “Mais Ağayev susur, Haaqa tribunalına deyək?"

Hazırda oxunan: Aparıcı Turaldan parkinq cərimələrinə ETİRAZ: “Mais Ağayev susur, Haaqa tribunalına deyək?"

71311

Aparıcı Tural Əsədov şəhərdə quraşdırılan parklanma yerlərindən şikayətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Tural sosial şəbəkə hesabında paylaşım edib.

Aidiyyatı qurumdan parklanma ilə bağlı yaranan suallara hər hansı cavab ala bilmədiyini deyən aparıcı tənqid dolu şərh yazıb.

"Yəqin ki, küçələrdə quraşdırılan parklanmaya nəzarət kameralarının sayından xəbəriniz var. Bu say günü-gündən artır. "Parta-part" cərimələr gəlir. Bakı Nəqliyyat Agentliyi və polis tıxaclarla mübarizə aparır guya. Soruşanda ki, harada saxlayım? Deyirlər, kalan pul xərcləmişik, parkinq tikmişik, gedin ora. Olsun, razıyam. 

Parklanmanın 24 saatı 12 manatdır (Azadlıq BNA parkinq). Qonşular üçünsə güzəştli qiymət var. Bu da əla. Gedib MKİS-dən (JEK-dən) arayış alırsan ki, mən doğrudan da qonşuyam və burada yaşayıram, güzəştli tarifdən istifadə etmək istəyirəm, tıxaclarla mübarizə aparıram. 
Parkinq müdiri Nadir Əliyev (inanıram ki, soyadını düz dedi) deyir, qeydiyyatın başqa yerədir, olmaz. Kimə istəyirsən, de. Mais Ağayev (Bakı Nəqliyyat Agentliyinin sözçüsü - red.) isə susur (telefon və sms-lərə cavab vermir), baxmayaraq ki, bizə verilişə dəfələrlə gəlib və gördükləri "işlərdən" ağız dolusu danışıb. Başqa kimə deyim? Haaqa tribunalına?".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO