Lolita Rusiyanın titullarından imtina edir?

Lolita Rusiyanın titullarından imtina edir?

Hazırda oxunan: Lolita Rusiyanın titullarından imtina edir?

71186

Rusiyalı müğənni Lolita Milyavskaya dövlət titullarının əleyhinə olduğunu deyib. 

Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə müğənni Anton Krasovskiyə müsahibəsində bildirib.

“Mən titulların əleyhinəyəm. İndi bu, heç kimə lazım deyil. Bütün bu titullar sadəcə pensiya artımı üçündür. Şəxsən mənə lazım deyil. Onda heç bir dəyər görmürəm. Bu titul həm də səni nəyisə etməyə məcbur edir” deyə o vurğulayıb.

Müğənni izah edib ki, o, yalnız Böyük Vətən Müharibəsi qəhrəmanlarının aldıqları ordenləri vacib hesab edir:

“Mənim üçün ordenlər babamın Böyük Vətən Müharibəsində aldığı mükafatlardır. Qalan mükafatların mənim üçün heç bir dəyəri yoxdur”.

Xatırladaq ki, Lolita Markovna Milyavskaya (əsil soyadı Qorelik) 14 noyabr 1963-cü ildə Ukraynanın Zakarpatye vilayətində anadan olub. Sovet, Ukrayna və Rusiyanın pop müğənnisi, aktrisası, teleaparıcısı, rejissoru və prodüseridir. 

2022-ci ilin fevralında o, Rusiyanın Ukraynaya hücumuna qarşı çıxıb.12 mart 2022-ci ildə məlum olub ki, Lolitanın anası Alla Dmitriyevna və qızı Yeva Kiyevdən uğurla təxliyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO