Elnarə Abdullayevadan ETİRAF: \

Elnarə Abdullayevadan ETİRAF: \"Bu gün danışmaqdan ötrü dünən qaloş geyinirdim\" – VİDEO

Hazırda oxunan: Elnarə Abdullayevadan ETİRAF: \"Bu gün danışmaqdan ötrü dünən qaloş geyinirdim\" – VİDEO

71144

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva açıqlaması ilə "ağızlarda saqqız" olub.

Bizim.Media xəbər verir ki, "Həmin Zaur" axşam şousunda qonaq olan sənətçini proqramın aparıcısı Zaur Kamal kövrəldib.

Belə ki, illər əvvəl Zaur çəkiliş heyəti ilə Elnarə Abdullayevanın ata yurdu Şamaxıya gedib. Orada xanəndənin anasının və Xalq artisti Qədir Məmmədovun qonağı olublar.

Həmin kadrları ekrandan izləyən Əməkdar artist qəhərlənərək, hisslərini belə şərh edib:

"Məni yaşadan keçmişdir. Bilmirəm gələcəkdə nə olacaq, olmayacaq. Heç kim bilmir bizi sabah nə gözləyir. Nə yaxşı ki o keçmişi düz yaşamışam. Nə yaxşı ki, o keçmişə xoşbəxtlik və bəxtəvərlik hissi ilə baxa bilirəm. Bu gün danışmaqdan ötrü dünən qaloş geyinirdim".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO