Əməliyyata girən Aysel qohumlarına QARĞIŞ ETDİ: “Sizə nifrət edirəm, Allah bəlanızı versin”                               

Əməliyyata girən Aysel qohumlarına QARĞIŞ ETDİ: “Sizə nifrət edirəm, Allah bəlanızı versin”                               

Hazırda oxunan: Əməliyyata girən Aysel qohumlarına QARĞIŞ ETDİ: “Sizə nifrət edirəm, Allah bəlanızı versin”                               

70401

“Birazdan yenə əməliyyata gedəcəyəm. Yanımda bir qız var idi, o, dünyasını dəyişdi. Baxmayaraq ki, o məndən fərqli olaraq yanğından daha uzaq idi. Deyirlər ki, “Pis insana heçnə olmur”. Bəlkə də mən pis insanam. Bu hadisə məni çox sarsıtdı. Allah yazısıdır. Bəxtimizə nə yazılıbsa, o da olacaq. Yaşayıram, amma yaşadıqlarımı unuda bilmirəm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Location” gecə klubunda baş verən partlayışda ciddi yanğın xəsarətləri alan məşhur bloger Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.  

Bloger onun bu dar günündə arxa çevirən qohumlarına qarğış edib: 

“Mənim bu ağır günümdə, qan bağı olan qohumlarım hər zamankı kimi məni saymadı. Eybi yoxdur, Allah bəlalarını versin. Onlara həmişə nifrət eləmişəm. Nifrət eləməyə də davam edəcəyəm. Öz pisliklərində boğulsunlar”.  

Səhhətindən söz açan Şükürova bunları söyləyib.  

“Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm.”  

Bloger hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:

“Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO