Elza tort qalmaqalı BARƏDƏ: “Aygün Kazımova İlhamə Quliyevanın fitvasına getdi” – VİDEO 

Elza tort qalmaqalı BARƏDƏ: “Aygün Kazımova İlhamə Quliyevanın fitvasına getdi” – VİDEO 

Hazırda oxunan: Elza tort qalmaqalı BARƏDƏ: “Aygün Kazımova İlhamə Quliyevanın fitvasına getdi” – VİDEO 

70384

“Biz istidən ölməmişik, soyuqdan da ölməmişik. Arada xoşagəlməz hadisə oldu. Allah ruhunu şad eləsin, o, İlham Quliyevanın fitvasına getdi. İlhamə xanım mənə də çox şeylər deyirdi, amma mən heç zaman fitvaya getmədim”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “7 özəl” şousunda qonaq olarkın deyib.  

Sənətçi Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb:  

“Şükürlər olsun ki, mənə Allah nə qədər istəyirəm tort verib. Xoş günlərdə tortların sayı-hesabı bilinmir. Onun da balasının toyu olsun, çoxlu tortlar kəssin. Hər şey keçmişdə qaldı”.  
Qeyd edək ki, E. Seyidcahan illər əvvəl mağazaların birinin açılışında olarkən, mərhum Xalq artisti İlhamə Quliyevanın tapşırığı ilə tortkəsmə mərasimi zamanı Xalq artisti Aygün Kazımova ona tort verməmişdi. Bu hadisədən sonra ikili arasında qalmaqal yaşanmışdı. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO