Şou əhli Hüseynin

Şou əhli Hüseynin "fan görüşü" ilə SARSILDI: "Nə yetişdirdi belə bir cəmiyyəti?" - FOTO/VİDEO 

Hazırda oxunan: Şou əhli Hüseynin "fan görüşü" ilə SARSILDI: "Nə yetişdirdi belə bir cəmiyyəti?" - FOTO/VİDEO 

70126

Xəbər verdiyimiz kimi, Bakının qonağı olan Rusiyanın məşhur azərbaycanlı videoblogeri Hüseyn Həsənov molların birində pərəştişkarları ilə görüş keçirib. Hüseynlə görüşüb, şəkil çəkdirmək istəyən 1000-dən çox gənc alış-veriş mərkəzini bir-birinə qatıblar.

İnsan seli və böyük izdihamla rastlaşan H. Həsənovun xoşbəxtliyi uzun çəkməyib. Çünki bir neçə şəxs sıxlıq nəticəsində həm zədələnib, həm də huşunu itirərək yerə yıxılıb. Bu görüş sosial media əhli tərəfindən eninə-uzununa müzakirə olunub.

Cəmiyyət həm Hüseyni, həm də onunla görüşə gələn pərəştişkarlarını birmənalı qarşılamayıb. Buna səbəb kimi isə bir çox gəncin hərəkətləri və davranışlarında olan xoşagəlməz hallar olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı blogerdən Park Bulvardakı izdihamla bağlı AÇIQLAMA - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bir sıra sənət və televiziya nümayəndələri sosial media hesablarında Hüseyn və onun pərəştişkarları haqqında müxtəlif statuslar yazaraq, tənqid ediblər. 

Bəstəkar-müğənni Murad Arif fikirlərini cavabsız suallarla ifadə edib: “Bunun axırı nədir? Yoxsa axırı budur? Necə yetişir bu qövm? Nə yetişdirdi belə bir cəmiyyəti?”.

"Xəzər" TV-də "Söhbət musiqidən gedir" verilişinin aparıcısı Leyla Quliyeva da gördüyü mənzərəyə ritorik sualla reaksiya verib: “Görəsən həqiqətən evdən çıxanda "gedim Hüseyni görüm" fikri ilə çıxıb bu insanlar?”. 

Müğənni, hazırda isə ATV-də dəb layihəsinin aparıcısı Mehin Hümbətova klub partlayışında sevinənlərin bu gün molla gələnlər olduğunu düşünür: "Klub partlayışında zərəçəkənlərin halına sevinib, şərh yazanların əksəriyyəti bu gün molda zərər çəkdilər". 

"Space" TV-nin keçmiş xəbər aparıcısı Turan İbrahimov isə baş verənlərin qeyri-adi olmadığını yazıb:  

"Park Bulvarda" baş verənlərda qeyri-adi heç nə yoxdur. 

Yeniyetmə emosional təcrübəsizliyinə populyar mədəniyyətin təsirinin təzahürüdür. O, uşaqların emosiyaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. Vaxtı ilə "Beatles", Elvis Prestliy, Andrey Qubin, Burak Kut, Hüseyn Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və 
başqaları o emosiyaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir.

Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da". 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO