Ailə qurmaq istəyən Türkan Vəlizadə üsyan etdi: Əlimi

Ailə qurmaq istəyən Türkan Vəlizadə üsyan etdi: Əlimi "Quran"a qoyum ki, bizi yalnız... - VİDEO

Hazırda oxunan: Ailə qurmaq istəyən Türkan Vəlizadə üsyan etdi: Əlimi "Quran"a qoyum ki, bizi yalnız... - VİDEO

70041

Hər evdən, toydan çıxdığım zaman güvən hissi duymaq istəyirəm ki, yanımda məni sevən insan var. Əsas odur ki, məni sevsin. Məni nələrəsə görə sevməsin, özümü sevsin. Pul qazanır, dolanışığı yaxşıdır, heç bir şeydən əziyyət çəkmir deyə bu kimi məqamlara görə yox Türkan Vəlizadəni özü kimi sevsin. Ən əsası da hörmət etsin, mənə güvənsin. Çünki güvən ən önəmli şeydir. Güvən olandan sonra hər şey yaxşı olacaq".

Bizim Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "MTV Maqazin" proqramında deyib.

Tezliklə ailə qurmaq istəyən müğənni yanında görmək istədiyi bəyi belə təsvir edib.

"Mən sevsəm, əsas olan odur ki, mənim ürəyimə yatan insan olsun. Ürəkli oğlan olsun. Desin ki, səni sevirəm. Zamanla mənə olan sevgisini göstərsin, doğrultsun bu sevgisini. Qaldı ki görkəmə, bu işlər həll olunandır. Deyirlər ki, bir bəyin yaraşıqlı olmağı çox vacibdir.

Mənim üçün əsas bir bəyin ağlı, zəkasıdır. Ailəsini dolandırmaq üçün heç olmasa mənə dəstək olmalıdır. Demirəm ki, maddi baxımından imkanları çox olmalıdır. Amma ailəsini dolandırıb, mənə dəstək olması çox önəmlidir".

"Pərvizlə eşq yaşayır" iddialarını yalanlayan Vəlizadə bu şayiələrdən boğaza gəldiyini və depressiya keçirdiyini bildirib.

"Bu söz-söhbətlərdən bezmişəm. Məhz bu söhbətlərə görə də depressiya keçirirəm. Deyirlər ki, Pərvizlə duet oxuyursa, deməli şəxsi münasibətləri var. Çox ayıbdır belə şeylər danışmaq. Biz duet oxuyuruqsa, bu o demək deyil ki, aramızda şəxsi münasibətlər var.

Bu söhbətlərə son qoyulsun. Pərviz ailəli bəy, mən isə subay xanımam. İlk gündən duet oxuyan zamandan bəri bu günə kimi bizi yalnız sənət birləşdirir. Ekrana çıxıb, əlimi "Quran" kitabına qoyum ki, bizi yalnız duet ifalarımız birləşdirir?! Burada başqa söhbət ola bilməz. Toydan ayrıldıq, məkanın qapısından çıxdıq bizdə hər şey bitir.

Türkan ətrafında dolaşan xoşaqəlməz dedi-qodular ucbatından ailəsində problemlər yaşadığını etiraf edib.

"Uşaqlıqdan bu günə kimi valideyinlərim və bacılarımla yaşamışam. Tək yaşamağı da sevmirəm. Ailəmin başını uca tutmaq üçündə əlimdən gələni edirəm, edəcəyəm də".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO