Qızının toyunda 300 milyon dollarlıq boyunbağı taxdı: Almaz II Əbdülhəmidə aiddir - FOTO

Qızının toyunda 300 milyon dollarlıq boyunbağı taxdı: Almaz II Əbdülhəmidə aiddir - FOTO

Hazırda oxunan: Qızının toyunda 300 milyon dollarlıq boyunbağı taxdı: Almaz II Əbdülhəmidə aiddir - FOTO

69482

İngilis futbolçu Devid Bekhem və Viktoriya Bekhem cütlüyünün oğlu Bruklin Bekhem uzun müddətdir sevgili olduğu amerikalı aktrisa Nikol Enn Peltzlə 9 apreldə evlənib. 

Bizim.Media xəbər verir ki, ilin maraqla gözlənilən toyunda Peltzin gəlinliyi ilə yanaşı, anası Klaudiya Peltzin zinət əşyaları da dünya mediasının gündəmində olub. 

Belə ki, Peltzin taxdığı 95 karatlıq “Şərq Ulduzu” (Star of the East) adlı almazın II Əbdülhəmidə aid olduğu iddia edilib.  

Digər tərəfdən Peltzin taxdığı boyunbağının ilk dəfə 1950-ci ildə Misir kralı I Faruk tərəfindən alındığı, boyunbağının sonradan bir neçə dəfə əl dəyişdirdiyi, lakin alıcıların adları gizli saxlandığı üçün boyunbağının harada olduğunun bilinmədiyi də iddialar arasında yer alıb. 
Qeyd edək ki, Əbdülhamitin kolleksiyasındakı 45 karatlıq "Ümid Almazı"nın (Hope Diamond) 300 milyon dollar dəyərində olduğu bildirilir. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO