Cennifer Lopez:

Cennifer Lopez: "Bendən evlilik təklifini köpüklü vannada aldım" - FOTO

Hazırda oxunan: Cennifer Lopez: "Bendən evlilik təklifini köpüklü vannada aldım" - FOTO

69454

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez sevgilisi Ben Afflekdən aldığı ikinci evlilik təklifindən söz açıb.  

Bizim.Media xəbər verir ki, Cey Lo bildirib ki, təklifi alarkən köpük vannası qəbul edirmiş:  

“Şənbə gecəsi ən çox sevdiyim yerdə - köpük vannasında idim. Sonra sevgilim içəri girdi, diz çökdü və mənə evlilik təklif etdi.

Bunu gözləmirdim, 20 ildən sonra bunun yenidən baş verdiyini anlamağa çalışaraq onun gözlərinə baxdım. Gülümsədim, eyni zamanda ağladım, susdum və o soruşdu: "Bu, "hə" deməkdir?". "Hə, əlbəttə ki, hə!” deyə, ona cavab verdim.  

Burada xüsusi heç nə yox idi, amma təsəvvür edə biləcəyim qədər ən romantik an idi: evdə, sakit şənbə gecəsi, iki nəfər hər zaman bir-birinin yanında olacağını vəd edir. Əsl sevgi üçün ikinci şansı olan iki xoşbəxt insan".  

Pop ulduz həmçinin yaşıl rəngin ona uğur və şans gətirən rəng olduğunu bildirib.   

Qeyd edək ki, ifaçının 8,5 karatlıq yaşıl brilyantlı nişan üzüyü 10 milyon dollar (17 milyon manat) dəyərində qiymətləndirilir.  
C.Lopez ilə B.Affleklə 2002-ci ildə münasibətə başlasalar da 2 ildən sonra ayrılıblar. Cütlük 17 illik ayrılıqdan sonra ötən il yenidən görüşməyə başlayıblar.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO