Yaşarın şok planı üzə çıxdı: Ayrılıq xəbəri yalan imiş - VİDEO

Yaşarın şok planı üzə çıxdı: Ayrılıq xəbəri yalan imiş - VİDEO

Hazırda oxunan: Yaşarın şok planı üzə çıxdı: Ayrılıq xəbəri yalan imiş - VİDEO

69180

Bir neçə gün əvvəl iş birliklərinə son qoyduqlarını açıqlayan aparıcı Vüsalə Kərimova və müğənni Yaşar Cəlilov bu xəbərin heç bir əsası olmadığını və bunu yaxın çevrələrinin nə dərəcədə onlara dost olub-olmadıqlarını yoxlamaq məqsədi ilə yaydıqlarını bildiriblər.  

Bizim.Media xəbər verir ki, bu barədə müğənni elə V. Kərimovanın “Xoş beş” şousunda danışıb.

Yaşarın bu cür addım atmağına səbəb yeni mahnısının səhifələr və saytlar tərəfindən paylaşılmaması olub:

“Fikirləşdik ki, görəsən başqa bir şey etsən necə olar. Bəlkə məni unudublar, ya da yaxşı işimi istəmirlər? Biz də ona görə belə etdik. Mənə zəng edib, yaxud da toy adı iləı harasa çağırıb dəqiqləşdirin. Bununla da bildim ki, məni nə qədər sevməyən dost-tanışım var.

Hətta Vüsalə xanım mənim yanımda ola-ola ona zəng edən oğlanlar. Onlardan qorxmuram, özlərinə də deyəcəm. Siz mənə zəng etməli idiniz. Çünki sizi mən o insanla tanış etmişəm.
Bu söhbətdə yaxınlarımdan 5 nəfəri itirdim. Elə oğlanlar var ki, onlarla iş birliyimiz olub, mənə yazmayıblar, amma sənə gələn mesajı, zəngi görmüşəm. Sadəcə deyirəm ki, sizə ayıb olsun. Mən həminki Yaşaram”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO