Zaurun verilişində QALMAQAL: “Həddini aşma, yerini bil” - VİDEO 

Zaurun verilişində QALMAQAL: “Həddini aşma, yerini bil” - VİDEO 

Hazırda oxunan: Zaurun verilişində QALMAQAL: “Həddini aşma, yerini bil” - VİDEO 

69169

"Bizimləsən" sosial-ictimai proqramda uşaqlarından imtina edən ana ilə ekspert qismində iştirak edən "Vicdan Haqqı" serialındakı yaratdığı "Larisa" obrazı ilə məşhurlaşan Çimnaz Sultanova arasında canlı efirdə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, ananın sözlərindən hiddətlənən aktrisa əsəblərinə hakim olmayaraq, qadını hərəkətlərinə görə sərt şəkildə tənqid edib.

"Camaatın hissləri ilə oynama. Sus! Sənin danışmağa haqqın yoxdur. Mənimlə danışanda sən yox, siz deyə müraciət et. Həddini aşma. Öz yerini bil. Mən sənin üçün sənin qohumların deyiləm. İnsanlar 15-20 il övlad həsrəti ilə yaşayırlar. Əlindən gələni edirlər.

Sənə Allah 2 övlad verib. Bu cür atanı və qohumları verib, həmdə səni 2-ci dəfə alıb, özlərinə gəlin ediblər. Sən axı nə istəyirsən, nə axtarırsan?! Sənə nə ediblər ki, evdən getmisən? Sənə sual verirəm, "Niyə ikinci ailədən çıxıb, getdin?", - deyə Çimnaz od püskürüb.  
Övladlarından imtina edən qadın isə onu atdığı addımına görə mühakim etməməyi istəyib.  

"Çox şeyi danışa bilmirəm. İstəmədim, sevmədim. Mən bəzi qadınlar kimi bədənimi satmamışam. Qardaşım mənə işgəncələr verib", - deyə qadın studiyada göz yaşı axıdıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO