Meyxanaçı Samirə televiziyaları yıxıb-sürüdü: \

Meyxanaçı Samirə televiziyaları yıxıb-sürüdü: \"Gözlərinə soxmağa pulum yoxdur\"  

Hazırda oxunan: Meyxanaçı Samirə televiziyaları yıxıb-sürüdü: \"Gözlərinə soxmağa pulum yoxdur\"  

69081

“Demək olar ki, məclislər yoxdur. Sıfır vəziyyətdir. Ramazan ayı da girdi, toylar dayandı. Şikayət etmək istəmirəm. Amma çox çətindir. Vəziyyət kritik olaraq qalır. Hazırda taksi kimi fəaliyyətimi dondurmuşam. Amma bir iki gündən sonra yenidən bu işə dönməyi düşünürəm. Çünki, başqa heç bir yerdən qazancım yoxdur”. 

Bu sözləri müğənni və söz ustadı Samirə Yusifqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində dilə gətirib. 

Hazırda maddi sıxıntılar keçirən sənətçi, ona pandemiya zamanı təmənnasız əl tutan sənət dostlarına təşəkkürünü bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Meyxanaçı Samirə hər şeyi etiraf etdi - ''İllərdir evli insanla sevgili olmuşam'' - VİDEO


“İnsan gərək yaxşılığı itirməsin. Nazənin Salayeva, Şəbnəm Tovuzlu, Mənzurə Musayeva və Ruhi Əliyeva mənə maddi dəstək olub, əlimdən tutdular. Onlara sizin sayt vasitəsi ilə təşəkkürümü bildirirəm”. 



Efirlərdən uzun müddətdir itən sənətçi, bunun günahını televiziyalarda görüb, verilişlərin prodüsserlərini “ağ yuyub, qara sərdi”. 

“Ramazandan əvvəl mən bir neçə verilişlərə dəvət aldım. Gedib iştirak etdim. Amma iki aydan çoxdur ki, səssizlikdir. Heç bir kanaldan və verilişdən təklif almıram. Məni yada salmırlar. Hətta müəyyən televiziyalar var ki, mənim adımı verilişin qonaq siyahısına salanda üstümdən xətt çəkirlər ki, meyxanaçı efirə çağırmırıq. Onlara sual vermək istəyirəm. Mənim adımı niyə meyxanaçı kimi qələmə verirsiz ? Bunu başa düşmürəm. Mən meyxanaçı deyiləm. Mən müğənniyəm.  

Onlar istəyirlər ki, qızıl fonda olan səsləndirdiyim iki mahnını gözlərinə soxum. Yoxsa efirlərdə olan çıxışları gözlərinə soxum?! Gözlərinə soxmağa pulum yoxdur. Pulum yoxdur ki, verim efirlərə çıxım.
Efirə pul verən vaxtım da çoxdan keçib. 90-ci illlərdə pul vermişəm ki, kliplərimi yayımlasınlar. Onda heç tanınmırdım da, reklamım üçün bu lazım idi. İndi əksinə kanallar, verilişlər mənə pul verməlidir ki, mən ora gəlim, çıxış edim.  

Pisi deyəndə yaxşını da unutmaq lazım deyil. Televiziyalar məni hər zaman efirlərinə pulsuz dəvət ediblər. Bundan sonra bütün kanallar mənə qadağa qoysunlar, heç verilişlərinə belə çağırmasınlar.

Məni Azərbaycan xalqı həm tanıyır, həm də sevir. Sosial şəbəkələrdə kifayət qədər mahnılarım dinlənilir və bəyəni toplayır.  

Mənə televiziyalar bundan sonra lazım da deyil. “Sayanın quluyam, saymayanın ağası”. Mən “qara siyahı”da olan adam deyiləm.
Müəyyən televiziyalarda çalışan verilişlərin prodüsserləri var ki, “ayağını bir başmağa” dirəyib, məni efirlərə çağırmırlar. Onlar qorxurlar məndən. Açıq sözlü olduğuma görə çəkinirlər. Sözü üzə deyən insanam”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO