Niyam Aynura evlilik təklifi etdi - VİDEO

Niyam Aynura evlilik təklifi etdi - VİDEO

Hazırda oxunan: Niyam Aynura evlilik təklifi etdi - VİDEO

69052

Müğənni Niyam Salami bu dəfə duet ortağı Aynur Dadaşova ilə evlənəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Şourum" verilişində deyib.  

Niyam sənət yoldaşı Aynurla eşq yaşadığını dilə gətirib. 

"Onsuz da hamı bilir ki, Aynurun xətrini çox istəyirəm, onu sevirəm. Həqiqətən istəyərəm ki, Aynur kimi xanım həyatımda olsun. Niyə də olmasın? Onun qoxusundan bir dənədir. Müğənni xanımı daşımaq elə-belə adamın işi deyil.

Onun gör bir dişinin qiyməti neçəyədir? Onun geyimini, hər şeyini mən etməliyəm. Ona elə bir gəlinlik seçməliyəm ki, dünyada bir dənədir. Aynurun dodağından heç kim öpə bilməz. Mən onun evinə girmişəm.
Ev məscidlə eynidir. İlk dəfə Aynurun əlindən Quran aldıqdan sonra gəlib evdə namaz qılmışam. İlk əvvəl Aynuru telefondan, “İnstaqram”dan uzaqlaşdıracam. “WhatsApp” da olmaz. 

A.Dadaşova isə Niyam bu etirafına,"Niyam bunu hər zaman deyir. Əvvəldən narazı olduğu məqamları da açıqlayıb. Niyam nə deyirsə, odur" - deyə, cavab verib. 

Qeyd edək ki, N.Salami illər əvvəl xanım həmkarı Səidə Sultanı sevdiyini və ona evlilik təklif etdiyini açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO