Devid Bekhemin malikanəsindən oğurluq edildi

Devid Bekhemin malikanəsindən oğurluq edildi

Hazırda oxunan: Devid Bekhemin malikanəsindən oğurluq edildi

67313

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhemin Londondakı 40 milyon funt sterlinq dəyərindəki malikanəsindən oğurluq edilib. 

Bizim.Media “Independent”ə istinadən xəbər verir ki, hadisə zamanı cütlük və 10 yaşlı qızları Harper evdə olub.

Bildirilib ki, oğru evə üst qatdakı pəncərəni sındıraraq daxil olub və bir çox qiymətli əşyanı oğurlayıb.

Hadisə cütlüyün 17 yaşlı oğlu Kruzun pəncərənin sındığını görməsi ilə ortaya çıxıb. Faktla bağlı dərhal polisə məlumat verilib.

İlkin məlumata görə, maskalı şəxs malikanədən minlərlə funt-sterlinq dəyərində olan zərgərlik əşyalarını oğurlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO