Vasif Manafla incikliyindən DANIŞDI: “Məndən küsə bilər, amma...” 

Vasif Manafla incikliyindən DANIŞDI: “Məndən küsə bilər, amma...” 

Hazırda oxunan: Vasif Manafla incikliyindən DANIŞDI: “Məndən küsə bilər, amma...” 

67165

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevlə aralarında yaşanan inciklikdən danışıb.  

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Günün sədası" verilişində bəhs edib. 

İfaçı verilişə telefonla bağlanaraq maddi və mənəvi hər zaman Manaf Ağayevin yanında olduğunu söyləyib: 

“Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmançılığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küslük ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun”. 

Verilişdə yer alan Manaf Ağayev də öz növbəsində "Sən mənim qardaşımsan" sözlərini deyib. 

Qeyd edək ki, Manaf Ağayev həbsdən çıxdıqdan sonra Vasif Məhərrəmlinin ünvanına "Güvəndiyim dağlar sənə də qar yağdı" deyərək onu “Instagram”da izləmədən çıxarıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO