Cim Kerridən

Cim Kerridən "Oscar" qalmaqalına MÜNASİBƏT - "Bu hərəkət mənə edilsəydi..."

Hazırda oxunan: Cim Kerridən "Oscar" qalmaqalına MÜNASİBƏT - "Bu hərəkət mənə edilsəydi..."

67140

Dünyaca məşhur Hollivud ulduzu Cim Kerri "Oscar" mükafatlandırma mərasimində Uill Smitin aparıcı Kris Roka şillə vurmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, o, aparıcının yerində olsaydı Smiti məhkəməyə verəcəyini və hadisə baş verdikdən dərhal sonra aktyorun oradan qovulmalı olduğunu bildirib. 

"Əgər bu hərəkət mənə qarşı edilsəydi, ona qarşı dərhal 200 milyon dollarlıq təzminat davası açardım. Çünki o video internetdə həmişə qalacaq. Bu təhqir uzun müddət yaddaşlardan silinməyəcək. Narazılıq bildirmək və ya “Twitterdə” bununla bağlı nəsə yazmaq istəyirsənsə, bu yaxşıdır. Amma kimsə nəsə söylədi deyə səhnəyə çıxıb onun üzünə şillə vurmağa haqqınız yoxdur" – deyə Kerri qeyd edib. 

Kerri Smitlə arasında hər hansı problem olmadığını vurğulayıb: 

"Smitə yalnız ən yaxşısını arzulayıram. Ona qarşı mənfi mövqeyim yoxdur. O, çox yaxşı işlər görüb, amma burada özünü yaxşı tərəfdən göstərməyib. İnsanların çoxu oraya çatmaq üçün çox çalışıb. Smitin bu addımı hər kəsin uğurunu geridə qoydu. Bu, eqoistlikdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO