90-cı illərin sevilən hitinin ifaçısı illər sonra belə görüntüləndi - VİDEO 

90-cı illərin sevilən hitinin ifaçısı illər sonra belə görüntüləndi - VİDEO 

Hazırda oxunan: 90-cı illərin sevilən hitinin ifaçısı illər sonra belə görüntüləndi - VİDEO 

66889

Ötən əsrin 1990-cı illərində Azərbaycan estradasında çox tanınmış, istedadlı müğənni var idi. Abbas Əhməd.

”Ürəyim yanar” mahnısı ilə şöhrətin zirvəzinə qalxan müğənni, 1988-2002-ci ilə qədər “Qaya” ansamblının solisti olub. Sonralar Abbas Əhmədin sorağı Rusiyadan gəlib. Uzun illər Moskvada yaşayan müğənni, Rusiya mühitində ad-san qazansa da, doğma vətənində də unudulmayıb.

“Ürəyim yanar” mahnısı ilə hər zaman xatırlanıb. Bu mahnı o dövrün ən məşhur hitlərindən biri idi.   

Bizim.Media uzun illərdən sonra Abbas Əhmədi Ramin Aslanov adlı şəxsin sosial media hesabından görüb.  

Artıq yaşlaşan Abbas Əhməd yenə də “Ürəyim yanar” deyərək, unudulmaz illərin xatirəsini ifasında yaşadır.   

Xatırladaq ki, Abbas Əhməd 1960-cı il dekabrın 25-də doğulub. 1990-2000-ci illərdə Azərbaycan estradasının parlayan simalarından biri olub.  Dillər əzbəri olan “Ürəyim yanar” mahnısını 1992-ci ildə şair Elçin Mirzəbəylinin sözlərinə bəstələyib.   

Sözügedən görüntüləri sizə təqdim edirik:
 

 

 
Ülviyyə Həsənqızı, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO