Sevdadan Türkanla bağlı ETİRAZ: “Mən oradakı ifaçını tanımıram” - VİDEO 

Sevdadan Türkanla bağlı ETİRAZ: “Mən oradakı ifaçını tanımıram” - VİDEO 

Hazırda oxunan: Sevdadan Türkanla bağlı ETİRAZ: “Mən oradakı ifaçını tanımıram” - VİDEO 

66496

Əməkdar artist Sevda Ələkbərzadənin İçərişəhərdə keçirilən konsertdə müğənni Türkan Vəlizadənin çıxışını tənqid etdiyi barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, müğənni bu barədə daha bir paylaşım edərək bu cür mahnının İçərişəhərdə səsləndirilməsi yanlış olduğunu deyib. 

Sevda Ələkbərzadə jurnalistlərə müraciət edərək adının kiminləsə yanaşı gətirilib, paylaşılmamasını xahiş edib: 

"Mənim adımı heç kiminki ilə birgə hallandırmayın, şəklimi paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda hansı musiqi gedir danışmırıq.

Biz İçərişəhərdə, Novruz bayramında olan musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa". 
Qeyd edək ki, S.Ələkbərzadənin şəhərdə konsertdən tənqid edərək paylaşdığı görüntülərdə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" ifası yer alıb. 

Bizim.Media

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO