“Heç kimə pislik etməyin” - Məleykə Əsədovadan TÖVSİYƏ

“Heç kimə pislik etməyin” - Məleykə Əsədovadan TÖVSİYƏ

Hazırda oxunan: “Heç kimə pislik etməyin” - Məleykə Əsədovadan TÖVSİYƏ

64548

“İstirahət günümdə həmişəki kimi qızımın dərs məşğələləri ilə, evimlə, təmizliklə məşqulam. Gün mənə catmır! Şükür Allahıma! Allahı o qədər sevirəmki! Şükürlər olsun! Allah mənə güc və saqlam can versinki təkbaşına bütün işlərimin, həyat problemlərimin öhdəsindən gələ bilim!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün İnstagram səhifəsində Xalq artisti Məleykə Əsədova yazıb.

Onun sözlərinə görə, qadın kimi baxımlı olmaqı ilk növbədə aktrisa, qadın kimi öncə özünə və tamaşacılarına hörmətdən irəli gəlir:

“Əslində hər kəs öz işinin xidmətcisidir. Mən də işimlə, sənətimlə sizlərə layiqincə xidmət edirəm! Şükürlər olsun Allahıma, 33 ildir səhnədəyəm! Bu illər ərzində bir əqidədə olub vicdanımla, vətənimə, dövlətimə, böyüklərimə, sənətimə, dostlarıma sadiq olmuşam! Bunu məni yaxından tanıyan hər kəs bilir. Cox Şükürlər olsun!”.

Xalq artisti hesab edir ki, həyatda insan nəsə itirə bilər, ancaq vicdanını, əqidəsini itirməməlidir:

“Hec kimə pislik etməyin, öz işiniz xatirinə arxa planlar qurub mərdimazarlıq etməyin, qəlb qırmayın!!! İnanınki geci-tezi var Allah hər bir kəsin qəlbinin hisslərinin əvəzini verəcək! Hər kəs danışıqı, yürütdüyü fikirlər və yazdıqı komentlərlə öz beyninin düşüncələrini, xarakterini, mədəniyyətini büruzə verir! İnsan adlanan varlıq ilk növbədə özünə hörmət etməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO