Nadir Qafarzadə bu gün həbsdən çıxan Manaf Ağayev HAQQINDA: “Manafla hələ...” 

Nadir Qafarzadə bu gün həbsdən çıxan Manaf Ağayev HAQQINDA: “Manafla hələ...” 

Hazırda oxunan: Nadir Qafarzadə bu gün həbsdən çıxan Manaf Ağayev HAQQINDA: “Manafla hələ...” 

63270

Xəbər verdiyimiz kimi müğənni Manaf Ağayevin 15 sutkalıq həbs müddəti ötən gecə başa çatıb.

Bizim.Media xəbər verir ki, artıq evində, ailəsinin yanında olan Manaf  Ağayevlə dəfələrlə danışmaq istəsək də, cəhdlərimiz boşa çıxdı.

Vəziyyəti belə görüb Manaf Ağayevin sənət dostlarından Nadir Qafarzadə ilə əlaqə yaratdıq.

Nadir Qafarzadə Manaf Ağayevlə ailəvi gediş-gəlişlərinin olduğunu dedi:

“Hələ özü ilə danışmamışam. Amma bu müddətdə ailəsi ilə telefon vasitəsilə ünsiyyət qurmuşuq. Manafın əhvalı ilə maraqlanmışam. Artıq qayıdıbsa, həmişə evində-eşiyində olsun. Həyat davam edir.”

Xatırladaq ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz və icazəsiz səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Manaf Ağayev barəsində  fevralın 18-i 15 sutka həbs qəti imkan tədbiri seçilmişdi.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO