Müğənni Aynur Dadaşova “O üz” verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, sənətçi bacısı Günelin ölümü ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib.
O, bacısının ölümündən öncə ona verdiyi sualı xatırlayıb:
“Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, çünki Youtube-da hər şeyə baxmışam. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim sənin qəbrin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi.
Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxti dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi, sonra təkrar düzəlirdi.
O heç vaxt odeyalla yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox.
Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:16 / 02.03.2022
Aynur Dadaşova bacısının ölümündən DANIŞDI: “Azan vaxtı dünyasını dəyişdi” - VİDEO
Hazırda oxunan: Aynur Dadaşova bacısının ölümündən DANIŞDI: “Azan vaxtı dünyasını dəyişdi” - VİDEO
Hazırda oxunan: Aynur Dadaşova bacısının ölümündən DANIŞDI: “Azan vaxtı dünyasını dəyişdi” - VİDEO
62699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.