Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Hazırda oxunan: Məşhurların narkotest nəticələri AÇIQLANDI

606584

Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində Hande Erçel, İbrahim Çelikkol, İlkay Şencan və Deha Bilimlierlə bağlı test nəticələrinin məlum olduğu bildirilir.

Bizim.Media "A Haber"ə istinadən xəbər verir ki, bəzi hallarda qan analizləri mənfi olsa da, saç və sidik nümunələrində müxtəlif narkotik maddələr və onların metabolitləri aşkarlanıb.
 

Məlumata görə, Hande Erçelin qan analizində narkotik maddə aşkarlanmayıb, lakin sidik nümunəsində morfin və kodein müəyyən edilib, saç analizində isə hər hansı göstərici qeydə alınmayıb.


Mustafa Cecelinin qan analizi mənfi çıxsa da, saç nümunəsində kokain və onun metabolitləri aşkarlanıb. İbrahim Çelikkolun saç nümunəsində də kokain və metabolitləri müəyyən olunub.

Deha Bilimlierin saç nümunəsində kodein və kokain, İlkay Şencanın isə qan və saç analizlərində kannabis maddəsi ilə bağlı göstəricilər qeydə alınıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO