Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Hazırda oxunan: Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

606493

Türkiyənin tanınmış müğənnisi İşın Karaca Yunanıstandan deportasiya edilib

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İ.Karaca qeyd edib ki, Yunanıstandan deportasiya olunmasına səbəb 2024-cü ildə bu ölkənin Gümülcine (Komotini - red.) şəhərində oxuduğu türk marşları olub:

"Mənim Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. Təsəvvür edin, qızım və həyat yoldaşımın Afinaya girişinə icazə verildi. Amma mənə rədd cavabı verildi. Milli məsələ imiş mənimki. Həyatımda görmədiyim kobud rəftarla qarşılaşdım. Sağ olsunlar. Heç kim bir stəkan su belə təklif etmədi".

Müğənni daha sonra təyyarə bileti tapa bilmədiyini deyərək ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO