"Bizim kişilərimiz ağır olub, əsl bəy kimi. Mən evimizdən belə görmüşəm, bu gün də elədir. Qadınlarımız sənətdə də, həyatda da xanım-xatun olub. Bu gün barmaqla sayılacaq qədər xanım-xatun var".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva "Günə uğurla" verilişində deyib.
Müğənni plastik əməliyyatlardan danışıb:
"İlk növbədə anayıq: oğlumuz, qızımız, nəvəmiz var. Sənət sənə demir ki, hər şeyi at get. Sənətə görə ailə atırlar? Ailə atılmaz bir şeydir. Göydə Allah, yerdə ailədir. Bu gün elə xoşagəlməz hərəkət edirlər ki:
danışıq, səhnə, özünü aparmaq, geyinmək mədəniyyəti yoxdur. Yaxşılarımız azdır. Müasir ola bilərik, bu, başqadır. Estetik edənlərə də pis baxmıram. Amma biabırçı şəkildə yox. Qadın özünə fikir verər, amma belə yox".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:56 / 10.04.2026
"Belə biabırçı estetik etdirmək olmaz"
Hazırda oxunan: "Belə biabırçı estetik etdirmək olmaz"
Hazırda oxunan: "Belə biabırçı estetik etdirmək olmaz"
606432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































