"Zəkam sürücülük vəsiqəsi almağa yetmir" - Aktrisa

"Zəkam sürücülük vəsiqəsi almağa yetmir" - Aktrisa

Hazırda oxunan: "Zəkam sürücülük vəsiqəsi almağa yetmir" - Aktrisa

605773

Türkiyəli gənc aktrisa Bahar Şahin qatıldığı verilişdə səmimi açıqlamaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Şahin bu dəfə rollarından deyil, sürücülük vəsiqəsi almaqla bağlı təcrübələrindən danışıb. Aktrisa sürücülük vəsiqəsi almaqda çətinlik çəkdiyini bildirib. 

O, dəfələrlə yazılı imtahandan keçdiyini və hər dəfə eyni nəticəni aldığını vurğulayıb. 

"Bəzi şeyləri qəbul etməlisən, sürücülük vəsiqəsi ala bilmirəm, kifayət qədər ağıllı deyiləm. Zəkam buna yetmir. Sadəcə o imtahandan keçə bilmirəm. Dörd dəfə imtahan verdim və hamısında da 62 bal topladım", - deyə aktyor gülərək söuləyib və müəlliminin bunu "uğur" hesab etdiyini əlavə edib.
 

Şahin bu prosesdən sonra sürücülük vəsiqəsi almaq fikrindən imtina etdiyini və  taksidən istifadə etdiyini açıqlayıb. 


Xatırladaq ki, 29 yaşlı aktrisa “O Hayat Benim”, “Zalim İstanbul”, “Gülümse Kaderine” kimi ekran işlərində rol alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO