Bank hesabından icazəsiz pullar çəkdiyini iddia etdi, ayrıldılar

Bank hesabından icazəsiz pullar çəkdiyini iddia etdi, ayrıldılar

Hazırda oxunan: Bank hesabından icazəsiz pullar çəkdiyini iddia etdi, ayrıldılar

605749

Türkiyəli aktrisa Nilperi Şahinkaya ilə rejissor sevgilisi Baturalp Bekar ayrılıb.

Bizim.Media xəbər verir ki, ayrılığa səbəb aktrisanın rejissor barəsində səsləndirdiyi ittihamlar olub.
 

Belə ki, Nilperinin sözlərinə görə, onun bank kartlarından davamlı olaraq icazəsiz pullar çəkilib. O, bunun eks-sevgilisinin işi olduğunu iddia edib.


Aktrisa məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Baturalp haqqında səsləndirilən fikirlərə isə belə münasibət bildirib:

"Bunları mənə və münasibətimizə hörmətsizlik kimi qiymətləndirirəm. Münasibətimiz dövründə bütün məsuliyyət mənim üzərimdə idi. Nilperiyə duyduğum sayğı və sevgi onun çevrəsindəki pis niyyətli insanlar tərəfindən istismar edilir. Məsələ ilə bağlı vəkilim lazımi tədbirləri görəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO