"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

Hazırda oxunan: "Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

604487

Əməkdar artist Elnarə Abdullayeva oğlundan danışıb.

Bizim.Media xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında övladının qız seçiminə qarışmadığını bildirib.

O qeyd edib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir:

"Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır. Oxutmuşam, universitet bitirib. Ağıllı oğlandır, gedib özü tapsın. Mən sadəcə ailəsi ilə maraqlana bilərəm ki, yaxşıdır və ya necədir. Necə oğul böyütmüşəm ki, hələ qız tapa nilmir? Elə şey olar?".

Qızı Xədicənin bir vaxtlar sosial şəbəkədə blogerlik etməsi məsələsinə toxunan E.Abdullayeva buna etiraz etdiyini bildirb:
 

"Bloger olunca oxuyan olardı da... Səsi var, amma lazım deyil. Onun nə blogerliyi, nə də müğənniliyi lazımdır. Gedib oturub evində xanımlığını etsin. Biz nizamda olmalıyıq. Hər şey olmaz axı...".


Qeyd edək ki, E.Abdullayevanın bir qız, bir oğul övladı var. İfaçının qızı Xədicə ailə qurub. (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO