Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Hazırda oxunan: Tiktoker "Miray" həbsdə qaldı

604226

Bu gün Sumqayıt şəhər Məhkəməsində "tik-Tok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayevanın məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmə tərkibi Aysel Mustafayevanın həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Xatırladaq ki, "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva "tik-tok" sosial şəbəkəsində söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb.

O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

Mustafayeva 2025-ci ilin avqustunda Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO