Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Hazırda oxunan: Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

603701

“Yeşilçam”ın tanınmış simalarından olan Serpil Örümcer son dövrlərdə yaşadığı maddi çətinliklərlə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Örümcer sosial media vasitəsilə insanlardan yardım istəyib.

Serpil Örümcer ona ev verildiyi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini deyib:

“Hazırda kirayədə yaşayıram. Təəssüf ki, yaşadığım ev də tezliklə söküləcək. Köçmək üçün çox az vaxtım qalıb”.
 

Yeni ev tapmaqda çətinlik çəkdiyini bildirən sənətçi artan kirayə qiymətlərindən də gileylənib. Örümcer dolanışığını təmin etmək üçün rəsmlərini, kasetlərini və üzərində öz fotosu olan bir saatı satışa çıxardığını da açıqlayıb.


Sənətçinin bu açıqlamalarından sonra sosial mediada çoxsaylı dəstək mesajları paylaşılıb.

Qeyd edək ki, 73 yaşlı Serpil Örümcer 1967-ci ildə qatıldığı gözəllik müsabiqəsi ilə tanınıb. 1970-ci illərdə kino və musiqi dünyasında adından söz etdirib. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO