Aparıcı Nanə Ağamalıyeva efirə qayıdır.
Bizim.Media xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat yayıb.
O, Nanənin ekrana geri dönəcəyini bildirib.
Bundan sonra Nanənin aparıcı Zaur Baxşəliyevin verilişinin yayım saatında efirdə olacağı iddia olunub.
Qeyd edək ki, “Azad Azərbaycan” telekanalında çalışan Nanə uzun zamandır ekrandan uzaqlaşmışdı. O, sonuncu dəfə “7 tamam” verilişinin aparıcılığını etmiş, lakin layihə bağlanmışdı. Bundan sonra “Bizimləsən”in saatı dəyişdirilmişdi, təxminən “7 Tamam”ın yayımladığı saatlarda efirə getmişdi.
Onu da xatırladaq ki, bu gün oxu.az saytı ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng” verilişlərinin bağlandığı ilə bağlı xəbər yayıb.
Sara, Bizim.Media






























































































