Azərbaycanda iki müğənni arasında QALMAQAL -

Azərbaycanda iki müğənni arasında QALMAQAL - "Mənim ürəyimcədir..."

Hazırda oxunan: Azərbaycanda iki müğənni arasında QALMAQAL - "Mənim ürəyimcədir..."

60161

Müğənni Sevda Yahyayeva Elnarə Xəlilovanın onun toy makiyajını tənqid etməsinə cavab verib.

Bizim.Media xəbər verir o,  "Şourum"a açıqlamasında stilist Elnur Həsənovun ona özəl günündə etdiyi makiyajın ürəyincə olduğunu deyib:

"Öz görünüşümdən çox razı qaldım. Bu o demək deyil ki, Elnur mənim dostumdur deyə belə deyirəm. Hər kəs istəyir fərqli görünsün. Bəli, mən güzgüyə baxanda özümü bəyəndim. Elnurun işini bəyənirəm.

Onun işi bəyənilməsəydi illərlə ona müraciət edilməzdi. Hər kəsin subyektiv fikri var. Toy günümdə özümdən razı idim".

Qeyd edək ki, Sevdanın toy makiyajını stilist Elnur Həsənov edib. Elnarə isə onun əl işini tənqid etmişdi. Buna səbəb isə Elnurun müğənninin geyim tərzini zövqsüz adlandırması olub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO