Xoşqədəm Hidayətqızı anasının məzarı başında: “Bu il bayramı onsuz qeyd edirik...” - VİDEO

Xoşqədəm Hidayətqızı anasının məzarı başında: “Bu il bayramı onsuz qeyd edirik...” - VİDEO

Hazırda oxunan: Xoşqədəm Hidayətqızı anasının məzarı başında: “Bu il bayramı onsuz qeyd edirik...” - VİDEO

600535

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı valideynlərinin məzarından paylaşım edib.

Bizim.Media xəbər verir ki, aparıcı 8 Mart Beynəlxalq Qadınlar Günündə anasının məzarını ziyarət edib. 

Həmin anları paylaşan X. Hidayətqızı kövrələrək bunları söyləyib:

“Bu gün 8 Mart-dır, anamın ən çox sevdiyi bayram idi. Bacı-qardaşlarımla anamı sevindirmək üçün yarışa girirdik. Dağlıq rayonda yaşayırdıq, bu vaxtlarda ora qarlı olurdu. Soyuq havada çay kənarına gedib, anam üçün bənövşə axtarırdıq. Birini belə tapsaq, həmin günün qəhrəmanı olurduq. Bu il onsuz qeyd edirik 8 Martı. Atamla anamın məzarına güllər əkirəm, amma bənövşə yoxdur. Anamın sevdiyi nərgiz çiçəyi var. Bənövşəni isə Ağdərədən gətirəcəyəm”.

Aparıcı daha sonra qeyd edib:

“Bütün bacılarım və qardaşımla yenə ocağımıza yığışmışıq... Siz həyatda olanda necə toplaşırdıqsa, bu gün də elə yığışmışıq. Sevdiyiniz yeməkləri bişirmişik, sevdiyiniz nərgiz çiçəkləri evi bəzəyir. Hər şey əvvəlki kimidir… Sadəcə olmayan, çatışmayan sizsiniz. İlk dəfədir ki, övladların səni təbrik edə bilmədi, gözəl Anam. Bizi bağışla… Məkanın cənnət olsun, nur üzlü anam. Ruhun şad olsun, əziz atam. Sizi çox sevirəm və sizsiz çox darıxıram…”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO