Efir qadağası qoyulduğu deyilən müğənni EFİRDƏ

Efir qadağası qoyulduğu deyilən müğənni EFİRDƏ

Hazırda oxunan: Efir qadağası qoyulduğu deyilən müğənni EFİRDƏ

600477

Son günlər efir qadağası tətbiq edilən müğənnilər sırasında adının çəkildiyi iddia olunan sənətçi Ayan Babakişiyeva yenidən gündəmə gəlib. İddialara görə, onun bəzi telekanallarda efirə çıxışına məhdudiyyət qoyulduğu bildirilirdi. Lakin görünən odur ki, bu iddialar öz təsdiqini tapmayıb.

Bizim.Media xəbər verir ki, bu gün Ayan Babakişiyeva ATV telekanalında yayımlanan verilişlərdən birinin qonağı olub. 

Müğənninin efirdə görünməsi isə efir qadağası ilə bağlı səsləndirilən fikirlərin yenidən müzakirə olunmasına səbəb olub.

Sənətçinin proqramda iştirakı sosial şəbəkələrdə də diqqətdən qaçmayıb və istifadəçilər bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bununla da onun efir qadağası ilə bağlı yayılan xəbərlərin nə dərəcədə doğru olduğu sual altında qalıb. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO